Azərbaycan millisinin forvardı: “Bundan sonra da…”

2 Mart 13:35 Bizimkilər 485
Azərbaycan millisinin forvardı: “Bundan sonra da…”

Azərbaycan millisinin forvardı Renat Dadaşov “Radomyak”dakı (Polşa) debütündən razı qalıb.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı hücumçu Ekstraklasanın XXIII turunun “Vidzev”lə ev oyunu (1:1) barədə fikirlərini açıqlayıb.

O, 80-ci dəqiqədə meydana çıxdığı matçdakı debütü və 10 dəqiqə sonra komandasını məğlubiyyətdən xilas etdiyi qola imza atmasına münasibət bildirib:

“Bu qarşılaşmada üç xal qazanmaq istəyirdik. Belə bir klubdakı debütümdə qol vurduğuma görə xoşbəxtəm.

Bundan sonra da səylə çalışacağıq. Artıq bütün fikrimiz növbəti matça köklənib”.

Digər Xəbərlər
Xəbər Lenti
2 Mart 03:50 Yeni lider var!
2 Mart 02:20 Emilgül yenə uduzdu