
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan tərəfindən Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərinə qəsdən milyonlarla mina yerləşdirilməsini “Səssiz ölüm” adlandırıb.
H.Hacıyev bu haqda “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Siyasətçi bunun ağır nəticələrə - dinc əhalinin həyatına son qoyulmasına, insanların ömürlük əlil olmasına və ciddi psixoloji sarsıntılar keçirməsinə səbəb olduğunu qeyd edib.
H. Hacıyev bildirib ki, Ermənistan buna görə dövlət səviyyəsində məsuliyyət daşıyır:
“Ermənistan Cənubi Qafqaz regionunda ən böyük mina istehsalçısı olaraq qalmaqda davam edir”.