Millimizin hücumçusu: "İlk qolumu vurdum, xoşbəxtəm"

2 Mart 02:00 Bizimkilər 318
Millimizin hücumçusu: "İlk qolumu vurdum, xoşbəxtəm"

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşanın "Radomyak" klubunun heyətində debüt edib.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı forvardın debütü uğurlu alınıb.

"Vidzev"lə matçın (1:1) 80-ci dəqiqəsındə meydana daxil olan futbolçu 10 dəqiqə sonra komandasına 1 xal qazandıran qolu vurub.

Renat debütü barədə instaqram hesabında paylaşım edib. Azərbaycanlı forvard xoşbəxt olduğunu bildirib:

"Bu heyrətamiz klubda debüt etdiyim və ilk qolumu vurduğum üçün xoşbəxtəm. 3 xal qazanmaq istəyirdik. Amma diqqətimizi növbəti oyuna yönəldəcəyik".

Renat Dadaşov bir neçə gün öncə "Radomyak"la mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 Mart 03:50 Yeni lider var!
2 Mart 02:20 Emilgül yenə uduzdu