
Bu gün Almaniya II Bundesliqasında 24-cü turun oyunları davam etdirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Nürnberq” “Hannover”i qəbul edib.
Oyun "Hannover"in 1:2 hesablı qələbəsi ilə başa çatıb.
M.Emrelinin bu görüşün sifariş ərizəsinə daxil edilib. O, ehtiyat oyunçular sırasında yer alıb və yalnız 77-ci dəqiqədə oyuna daxil olub və qol vura bilməyib.
Emreli bundan əvvəlki 2 çempionat matçında ümumiyyətlə, iştirak ərizəsində yox idi. Almaniya mediası bunu onun Cənubi Koreyanın “Seul” klubuna keçmək istəyi ilə əlaqələndirmişdi.
Emreli özü isə 2 gün əvvəl “Nürnberq”də qalacağını açıqlayıb.