Azərbaycanlı hücumçu yeni klubunda qəhrəman oldu

1 Mart 00:30 Bizimkilər 288
Azərbaycanlı hücumçu yeni klubunda qəhrəman oldu

Polşa Ekstraklasasında 23-cü tura start verilib.

Sportinfo.az xəbər verir ki, turun açılış matçında Azərbaycan millisinin üzvləri - Rahil Məmmədov və Renat Dadaşovun çıxış etdiyi "Radomyak" öz meydanında “Vidzev”i qəbul edib. Görüş 1:1 hesabı ilə yekunlaşıb.

Rahilin adı matçın iştirak ərizəsinə daxil edilməyib. Görüşə ehtiyat oyunçular skamyasından başlayan Renat isə 80-ci dəqiqədə Roberto Alvesin yerinə meydana çıxıb.

Millimizin hücumçusunun yeni klubunda debütu uğurlu alınıb. Dadaşov 90-cı dəqiqədə fərqlənməklə komandasını məğlubiyyətdən xilas edib.

Bu heç-heçə ilə xallarının sayını 25-ə çatdıran “Radomyak” 18 komanda arasında 13-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti