Mahirdən cavab gözləyir

1 Mart 02:10 Bizimkilər 347
Mahirdən cavab gözləyir

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Nürnberq” II Bundesliqanın XXIII turunda səfərdə “Herta” ilə qolsuz bərabərə qalıb.

Sportinfo.az xəbər verir ki, Emreli bu matçın da iştirak ərizəsinə salınmayıb.

Almaniya mətbuatı bunun səbəbi kimi forvardın hazırda transfer danışığı aparmasını göstərib. Bildirilib ki, Mahir hələ də Cənubi Koreya klubu ilə danışıq aparır.

Bu səbəbdən baş məşqçi Miroslav Kloze onun komandaya kömək edəcək durumda olmadığını düşünür. Rəhbərlik isə həmyerlimizdən konkret cavab gözləyir.

Emreli “Nürnberq”dən gedib-getməyəcəyinə qısa müddətdə aydınlıq gətirməlidir. Əgər komandada qalmaq qərarına gəldiyini rəhbərliyə bildirsə, o zaman oyunlarda iştirak edə biləcək.

Mahir Emrelinin “Nürnberq”lə müqavilə müddəti mövsümün sonuna qədərdir. Onunla “Seul” maraqlanır.

Digər Xəbərlər
Xəbər Lenti