
Emin Ağayev “Ximki”nin baş məşqçisi postunu tərk edib.
Sportinfo.az xəbər verir ki, azərbaycanlı mütəxəssis Rusiya İkinci Liqasının B divizionunda çıxış edən “Nart”ın (Çerkessk) məşqçilər korpusuna daxil olub.
O, həm də “Nart”ın futbol akademiyasının koordinatoru təyin edilib.
51 yaşlı mütəxəssis 1994-2005-ci illərdə Azərbaycan millisində 65 oyun keçirib, 1 qol vurub.