
"Traktor" İran çempionatında 21-ci tur oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, turnir cədvəlinə liderlik edən Təbriz təmsilçisi ikinci yerdəki "Sepahan"la qarşılaşıb.
Matç "Yadegar-e-Emam Stadium"da keçirilib. Görüş 0:0 hesabı ilə başa çatıb.
Hazırda "Traktor"un 45, "Sepahan"ın 44 xalı var. 3-cü pillədə 38 xala malik "Persepolis" qərarlaşır.
Çempionatın son qalibi də məhz "Persepolis"dir.