“Emil bizim komandada oynamaq istəyirdi, ancaq başqa yerdədir”

27 Fevral 22:40 Bizimkilər 526
“Emil bizim komandada oynamaq istəyirdi, ancaq başqa yerdədir”

“Obolon” bu qış “transfer pəncərəsi”ndə heyətini Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayevlə gücləndirməyi planlaşdırırmış.

Sportinfo.az xəbər verir ki, bu barədə Ukrayna klubunun baş məşqçisi Sergey Şişşenko bildirib.

Yerli “спорт.ua” portalına danışan çalışdırıcı bunları deyib:

“Biz komandamızı konkret yollarla gücləndirmişik və iki oyunçu ilə danışıqlar aparmışıq. Mövqelərimizi daha da gücləndirmək istəyirdik.

Bunun üçün Emil Mustafayevi düşünürdük. O, burada, “Obolon”da olmaq istəyirdi.

Lakin sonda “Çernomorets”ə keçdi. Emil özü də, bizim komandada oynamaq istəyirdi, ancaq başqa yerdədir”.

Emil müqavilə ilə "Polessye"yə məxsusdur. O, bu qış "Çernomorets"ə altı aylıq icarəyə verilib.

Digər Xəbərlər
Xəbər Lenti