
"Burada olduğum üçün çox xoşbəxtəm".
Sportinfo.az xəbər verir ki, bunu "Radomyak"a keçən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov deyib.
Polşa klubunun mətbuat xidmətinə açıqlama verən 25 yaşlı hücumçu azarkeşlərə müraciət edib:
"Cümə günü hər kəsi görmək istəyirəm".
"Radomyak" fevralın 28-də Polşa çempionatının XXIII turunda "Vidzev"i qəbul edəcək. Komanda hazırda Polşa çempionatında 22 turdan sonra 24 xalla 18-ci sırada qərarlaşıb.