
Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun yeni klubu müəyyənləşib.
O, Polşa "Radomyak"ı ilə razılaşıb.
Yerli jurnalistin Şimon Yançikin yaydığı məlumata görə, tərəflər mövsümün sonuna qədər müqavilə imzalayacaq. Anlaşmaya əməkdaşlığın uzadılmasına şərait yaradan bənd də daxil ediləcək.
“Radomyak”da daha bir azərbaycanlı futbolçu Rahil Məmmədov da çıxış edir.
Renat fevralın 20-də Türkiyədən - "Ankaragücü"dən ayrılıb. Qarşılıqlı razılıq əsasında2026-cı ilin yayınadək olan müqavilə ləğv olunub.
Yanvarda I Liqa təmsilçisinin əsas komandasından kənarlaşdırılan 26 yaşlı hücumçu 2024-cü ilin avqustundan burada çıxış edirdi. O, bu mövsüm komandada 17 oyuna 2 qol vurub, 1 qol ötürməsi edib.
Aldığımız məlumata görə, Dadaşov Polşada keçirəcəyi ilk 4 ayda 40 min dollar qazanacaq.
“Radomyak” 22 tura 24 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Klub mövsümün sonunda Ekstraklasada qalarsa, Almaniyada dünyaya göz açmış həmyerlimizlə müqavilənin müddətini 1 il uzadacaq. Bu zaman onun məvacibi 15 min dollaradək artırılacaq.
SPORTİNFO.AZ