
Türkiyə təmsilçisi "Ankaragücü" ilə müqaviləsini ləğv edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov karyerasını Polşada davam etdirəcək.
Sportinfo.az-ın yerli mətbuata istinadən məlumatına görə, 25 yaşlı forvard "Radomyak"a keçir.
Transferin tezliklə rəsmən açıqlanacağı gözlənilir. Hücumçu artıq Polşaya yollanıb.
"Radomyak"da Azərbaycan yığmasının müdafiəçisi Rahil Məmmədov da çıxış edir.