
"Mahir Emreli xaricdə oynamaqda israrlıdır".
Bu sözlər ATV kanalında yayımlanan "Futbolumuz" verlişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.
O, "Nürnberq"dən ayrılacağı xəbərləri ilə son vaxtlar gündəmi "zəbt edən" Mahir Emrelidən danışıb.
Bildirib ki, hücumçu Almaniyanın II Bundesliqasında istədiyi qədər şans qazanmır, yerli mətbuat haqqında tez-tez müxtəlif qalmaqallı xəbərlər tirajlayır.
Apaırıcı qeyd edib ki, ona "Seul" və digər klublardan yeni transfer təklifi gəlib və millimizin forvardı başqa yerə üz tutmaqda israrlıdır.
Rzayev digər azərbaycanlı oyunçulardan fərqli olaraq, Mahirin 4 ilə yaxındır legioner həyatı yaşadığını xatırladıb və ölkəyə qayıtmaq istəməməsini müsbət hal olaraq qiymətləndirib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN