Cənubi Azərbaycan klubunu lider edən qələbə - VİDEO

08:50 Bizimkilər 195
Cənubi Azərbaycan klubunu lider edən qələbə - VİDEO

"Traktor" İran çempionatında növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi 20-ci turda öz meydanında "Keybar Xurrambada"la qarşılaşıb.

Oyun "Traktor"un 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın taleyini həll edən yeganə qolu 46-cı dəqiqədə Domaqoy Drozdek vurub.

Təbriz klubu hazırda 44 xalla liderdir. "Sepanah" 43 xalla 2-ci, "Persepolis" 38 xalla 3-cüdür.

"Traktor"un növbəti matçı ən yaxın izləyicisi "Sepahan"a qarşı olacaq. Görüş fevralın 27-də Təbrizdə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti