
Albaniyada ölkə çempionatının 26-cı turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” səfərdə “Skenderbeu” ilə qarşılaşıb.
Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Əliyev 90 dəqiqə oynayıb.
Hazırda “Eqnatiya” 48 xalla liderliyini davam etdirir.