
Cənubi Koreya çempionatında 2-ci turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun komandası "Daejeon" da növbəti matçına çıxıb.
Antonun komandası evdə "Ulsan"la qarşılaşıb və 0:2 hesabıyla uduzub.
Millimizin üzvü bu matçda meydana start heyətində çıxıb və sona qədər oynayıb.
"Daejeon" hazırda 3 xalla 5-ci pillədə qərarlaşıb.