
Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun çıxış etdiyi “Radomiak” Polşa Ekstraklasasında 22-ci tur oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, komanda evdə “Legiya” ilə üz-üzə gəlib.
“Radomiak” görüşdə 3:1 hesablı qələbə qazanıb.
Rahil bu görüşdə iştirak etməyib. 29 yaşlı müdafiəçi ehtiyatda qalıb
Hazırda turnir cədvəlində "Legiya" 36 xalla 5-ci, "Radomiak" isə 24 xalla 13-cüdür.
"Radomiak" – "Legiya" 3:1
Qollar: Kapita, 17, Qrzesik, 42, Aqouzol, 54 – Kapustka, 6