Azərbaycanın iki məşhur hücumçusu arasında nə var, nə yox? - VİDEO

22 Fevral 16:40 Bizimkilər 420
Azərbaycanın iki məşhur hücumçusu arasında nə var, nə yox? - VİDEO

Futbol eksperti Emin Abbasov millinin iki keçmiş hücumçusu - Vəli Qasımovla Nazim Süleymanov haqda danışıb.

ATV kanalında yayımlanan «Futbolumuz» verlişində «Neftçi»nin «şinel»indən çıxmış oyunçular barədə sualı cavablandıran tanınmış teleşərhçi onlar arasında müqayisə aparıb.

Bildirib ki, Qasımov vaxtilə İspaniya və Portuqaliyada legioner həyatı yaşasa da, Azərbaycan yığmasına ciddi qatqı verməyib.

O, «Betis»in formasını geyinmiş forvardın ölkəmizin bir nömrəli komandasında məhsuldarlıq göstərmədiyini, qollarını xatırlamadığını söyləyib.

Abbasov deyib ki, ondan fərqli olaraq, Nazim Süleymanov Rusiya sərhədlərindən o tərəfə keçməyib, yalnız Moskva «Spartak»ı və Vladiqafqaz «Alaniya»sının şərəfini qoruyub.

Bununla belə, əslən lerikli qolçu həmişə millidə fərq yaradıb, ona bəslənilən ümidləri doğruldub.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
22 Fevral 18:10 Çək və bizə göndər!
22 Fevral 13:40 “Mən vacib deyiləm”