Mahir Emreli “Nürnberq” rəhbərliyinə nəyi ETİRAF EDİB?

10:40 Bizimkilər 958
Mahir Emreli “Nürnberq” rəhbərliyinə nəyi ETİRAF EDİB?

Dünən Almaniyanın II Bundesliqasında 23-cü tura start verilib.

Mahir Emrelinin komandası “Nürnberq” səfərdə “Herta”nın qonağı olub - 0:0.

Azərbaycan millisinin hücumçusunın adı iştirak ərizəsinə salınmayıb. 28 yaşlı forvardın adı ötən tur da sifariş ərizəsinə düşməyib.

M.Emreli Almaniyaya getdiyi ötən yaydan ilk dəfədir zədəsi və ya cəzası olmadığı halda ardıcıl 2 oyunda iştirak etmir.

Onun daha əvvəlki bəzi matçlarda ehtiyatda qalmasına görə baş məşqçi Miroslav Klozedən narazı olduğu haqda xəbərlər yayılmışdı.

İndiki vəziyyət başqa səbəblərdən qaynaqlanır. Emreli tezliklə “Nürnberq”i tərk edərək, Cənubi Koreyaya yollanmaq istəyir.

“Seul”dan aldığı dəvəti dəyərləndirmək niyyətində olan “Bakı“nın yetirməsinin bunun üçün hələ vaxtı var. asiya ölkəsində “transfer pəncərəsi“ martın 22-dək açıqdır.

II Bundesliqanın iştirakçısı müqaviləsi iyunda başa çatacaq həmyerlimzlə 3 ay tez vidalaşmağa hazırdır. Bunun üçün “Seul“ təzminat ödəməlidir. Almanların ürəyindən keçən məbləğ 500 min avrodur.

Emreli bu arada “Nürnberq“ rəhbərliyi ilə bir sıra görüşlər keçirib. Həmçinin Miroslav Kloze ilə danışıb.

Qəti şəkildə bildirib ki, fikri “Seul“un yanındadır, daha gələcəyini Almaniyada görmür. Klubu dəyişmək üçün gün saydığını etiraf edib.

Yerli medianın təzyiqindən gileylənib, belə ağır mühitdə oynamağın onu sıxdığını deyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti