Azərbaycan klubları neçəncidir?

03:00 Bizimkilər 160
Azərbaycan klubları neçəncidir?

UEFA Avropa kuboklarının pley-off mərhələsinin cavab oyunlarından sonra klubların reytinq cədvəlini yeniləyib.

Sportinfo.az xəbər verir ki, siyahıya əvvəlkitək “Real” başçılıq edir.

Madrid klubunun 140.000 xalı var. “Mançester Siti” 2-ci (137.750), “Bavariya” 3-cüdür (128.750).

Son 5 mövsümün göstəricilərinə əsasən hazırlanan reytinqdə Azərbaycan 7 klubla təmsil olunur ki, bu sırada ən yaxşı göstəriciyə malik komandamız Qarabağ”dır. Ağdam təmsilçisi 32.000 xalla 66-cı yeri tutur.

Ümumilikdə Azərbaycan klublarının reytinq sıralaması aşağıda qeyd edilən kimidir:

66. “Qarabağ” - 32.000

187. “Neftçi” - 8.000

310. “Zirə” - 4.000

311. “Sabah” - 4.000

315. “Sumqayıt” - 4.000

329. “Qəbələ” - 3.000

330. “Şamaxı” - 2.500

Azərbaycan ölkə olaraq isə UEFA sıralamasında əvvəlkitək 28-ci yeri tutur.

Digər Xəbərlər
Xəbər Lenti