
Ukrayna Premyer Liqasında 18-ci tura start verilib.
Sportinfo.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Emil Mustafayevin yeni transfer olunduğu “Çernomorets” səfərdə “Kolos”la qarşılaşıb.
Meydana start heyətində çıxan Mustafayev bununla da yeni klubunda debüt edib. O, 88-ci dəqiqədə Kaio Qomeslə əvəzlənib.
Millimizin 23 yaşlı üzvünün “Çernomorets”də debütu uğurlu alınıb və komandası səfərdə əzmkar qələbə qazanıb.
Bununla da xallarının sayını 15-ə çatdıran Odessa klubu turnir cədvəlində 14-cü pilləyə yüksəlib.
Emil Mustafayev ayın əvvəlində “Polessye”dən “Çernomorets”ə keçib.
"Kolos" - “Çernomorets” 1:2
Qollar: Mikola Kovtalyuk, 2 (1:0), Yevgeniy Skiba, 10 (1:1), Kiril Popov, 87 (1:2)