
Azərbaycan millisinin sabiq futbolçusu Eddi İsrafilov formasını geyindiyi "Yohor Darul Tazim"un (Malayziya) heyətində Asiya Çempiolar Liqasının əsas mərhələsində 8-ci tur matçına çıxıb.
Sportinfo.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin komandası doğma meydanda Cənubi Koreyadan "Pohanq" ilə qarşılaşıb.
7 qolun vurulduğu matçda sevinən tərəf malayziyalılar olublar - 5:2. İsrafilov 90 dəqiqə meydanda qalıb.
"Yohor Darul Tazim" xallarını sayını 14-ə çatdıraraq, turnir cədvəlində 4-cü pilləyə yüksəlib. Lider "Kavasaki Frontale"nin (Yaponiya) 18 xal var.