
Ricat Qarayev Polşada "Flot"dan ayrılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə futbolçunun özü sportal.az-a məlumat verib.
O, Polşanın üçüncü liqa klubunda qalmaq istəməyib.
25 yaşlı müdafiəçi 2023-cü il avqustun 1-dən “Flota”da oynayırdı. Qarayevin Polşadan ayrılmayacağı və yeni komandasının da bu ölkədən olacağı gözlənilir.
Ricat Azərbaycanın U-17, U-19, U-21 yığma komandaları, həmçinin "Sabah", “Neftçi”, "Sumqayıt", "İrao”, "Qaradabani"(Gürcüstan) və "Şeçinek"də (Polşa) oynayıb.