
Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun çıxış etdiyi "Radomyak" Polşa çempionatında növbəti oyununu keçirib.
Komanda 21-ci turda səfərdə "Qurnik"in qonağı olub və 2:3 hesabı ilə uduzub.
Sportinfo.az xəbər verir ki, Rahilin 90 dəqiqə oynadığı matçda meydan sahiblərinin həlledici qolunu Almaniya millisinin sabiq hücumçusu Lukas Podolski vurub.
Məmmədovun komandası 21 xalla 15-ci pillədədir.
"Qurnik" - "Radomyak" 3:2
Qollar: Xosema, 4, 39, Podolski, 71 - Barboza, 21-pen. Qesik, 45+2