İki azərbaycanlı futbolçu bir komandada çıxış edəcək?

17 Fevral 01:20 Bizimkilər 1 667
İki azərbaycanlı futbolçu bir komandada çıxış edəcək?

“Çorum” Azərbaycan millisinin daha bir üzvünü heyətinə qatmaq istəyir.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, söhbət Renat Dadaşovdan gedir.

"Ankaragücü"nün transferə çıxardığı forvard "Çorum"dan rəsmi təklif alıb.

Hazırda birinci liqada iddialılar sırasında olan və Türkiyə Superliqasına vəsiqə qazanmaq uğrunda mübarozə aparan klub Dadaşovun xidmətində maraqlıdır.

Millimizin hücumçusunun hansı qərarı verəcəyi hələ ki bəlli deyil. Qeyd edək ki, “Çorum” bu ay millimizin yarımmüdafiəçisi Coşqun Diniyevi heyətinə qatıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”