Millimizin müdafiəçisi start heyətdə yer aldı, qələbə qazandılar

16 Fevral 02:40 Bizimkilər 369
Millimizin müdafiəçisi start heyətdə yer aldı, qələbə qazandılar

Cənubi Koreya çempionatında yeni mövsümə start verilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyii “Tedjon Xana Sitizen” səfərdə "Pohanq Stilers"lə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.

Anton Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.

"Pohanq Stilers" - "Daejeon" 0:3
Qollar:
Çoy Qon-cu, 32, Çu Mingyu, 87, 90

Digər Xəbərlər
Xəbər Lenti