
Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyə 1-ci Liqasında növbəti oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, həmyerlimizin çıxış etdiyi "Çorum" 25-ci tur çərçivəsində səfərdə "Koçaelispor"la qarşılaşıb.
Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Coşqun da bu görüşün iştirakçısı olub. O, bu matçın 83-cü dəqiqədə Tunşan Ergülü əvəzləyərək meydana daxil olub.
"Çorum" turnir cədvəlində 38 xalla 5-ci yerdədir. "Koçaelispor" isə 54 xalla liderdir.
"Koçaelispor" - "Çorum" 2:0
Qollar: Çaqlayan, 2, Vukoviç, 72
Qırmızı vərəqə: Yazqan, 56 ("Çorum")