Çox pul alır, amma... Azərbaycan millisinin hücumçusunu niyə göndərirlər?

16 Fevral 09:25 Bizimkilər 803
Çox pul alır, amma... Azərbaycan millisinin hücumçusunu niyə göndərirlər?

Türkiyənin 1-ci liqa təmsilçisi “Ankaragücü” hücumçusu Renat Dadaşovla yolları ayrmağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Haber Ankara” nəşri məlumat yayıb.

Ötən yay alınan Azərbaycan millisinin futbolçusunun yaxın günlərdə klubu tərk edəcəyi bildirilib.

Qeyd olunub ki, 26 yaşlı futbolçu “Ankaragücü”nün ən bahalı oyunçularındandır. O, bu mövsüm 17 matçda meydana çıxıb, 2 qol vurub və 1 qolun ötürməsini edib.

Dadaşov bu yaxınlarda əsas komandadan xaric edilib.

R.Dadaşovla yanaşı daha 3 legioner futbolçu - Kevin Varga, Riad Bajiç və Rikardo Saponara da göndəriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”