Əsgər yaxınlarının nəzərinə! - Görüşlər məhdudlaşır

15 Fevral 04:30 Bizimkilər 482
Əsgər yaxınlarının nəzərinə! - Görüşlər məhdudlaşır

Ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub.

Bu barədə Müdafiə Nazirliyi əsgər yaxınlarına çağırış edib.

“İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, xüsusilə andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik” , - məlumatda qeyd olunub.

Digər Xəbərlər
Xəbər Lenti