Azərbaycanlı oyunçu 1 illik müqaviləyə imza atdı, legioner həyatı başladı

14 Fevral 13:40 Bizimkilər 1 564
Azərbaycanlı oyunçu 1 illik müqaviləyə imza atdı, legioner həyatı başladı

21 yaşadək futbolçulardan ibarət Azəbaycan millisinin sabiq üzvü Ramin Əhmədov legioner həyatı yaşayacaq.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi karyerasını Qırğızıstanda davam etdirəcək.

Çünki Əhmədov Qırğızıstanın yüksək liqa təmsilçisi “Alay”a keçib.

Bir müddətdir komandanın düşərgəsində Türkiyədə təlim-məşq toplanışında olan sabiq “Şamaxı”lı ilə müqavilə imzalanması qərara alınıb. Əhmədov yeni komandası ilə 1 illik sazişə qol çəkib.

Ramin Əhmədov cari mövsümün ilk yarısını “Şamaxı”nın heyətində keçirib. O, daha əvvəl “Zaqatala” və “Zirə” klublarının formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”