![Azərbaycan yığmasının sabiq qapıçısı 6 ay sonra özünə komanda tapdı](https://www.sportinfo.az/media/2025/02/12/thumb856_20120817014057130.jpg)
Azərbaycanın millilərində və bir sıra klubunda çıxış etmiş Andrey Popoviçin yeni komandası bəlli olub.
Sportinfo.az xəbər verir ki, 33 yaşlı qapıçı karyerasını Qırğızıstanda davam etdirəcək.
Bu barədə ua-football.com saytı məlumat yayıb. Ukraynalı qolkiper "Qırğızaltın" ilə 1 illik müqavilə imzalayıb.
Komanda Qırğızıstan çempionatında 27 turdan sonra 20 xalla sonuncu - 10-cu yerdədir.
Qeyd edək ki ,Andrey Popoviç Azərbaycanın U-17, U-19, U-21 və əsas millisinin üzvü olub. O, ölkəmizdə "Abşeron", "Bakı", "Turan", "Qəbələ" və "Sumqayıt" klubunda çıxış edib.
Son olaraq 2024-cü ilin avqustunda Ukraynada "Xust"a keçib, amma cəmi 1 ay sonra həmin komandanı tərk edib.
Həmin vaxtdan Popoviç klubsuz idi.