Millimizin hücumçusunu istəyən yoxdur – Klubu “müştəri ovu”na çıxdı

00:40 Bizimkilər 258
Millimizin hücumçusunu istəyən yoxdur – Klubu “müştəri ovu”na çıxdı

Azərbaycan millisinin forvardı Renat Dadaşovun klubu “Ankaragücü”nü tərk edəcəyi dəqiqləşib.

Sportinfo.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, I Liqa klubu hücumçu üçün təklifləri nəzərdən keçirməyə hazırdır.

Paytaxt təmsilçisi Dadaşovu bir müddət əvvəl əsas komandadan uzaqlaşdırmış və onu transferə çıxarmışdı.

Lakin hələlik konkret təklifin olmaması “Ankaragücü”nü çətin duruma salıb. Bu üzdən rəhbərlik özü Renata komanda axtarışına çıxıb.

Klub millimizin üzvü ilə yanaşı, Rikkardo Saponara, Kevin Varqa və Riad Bajiçi də satmağa çalışır.

Rəsmi müraciət olmasa, onlardan bəziləri ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verilməsi də istisna deyil.

Digər Xəbərlər
Xəbər Lenti