Səhər yeni klubu ilə müqavilə bağladı, axşam dubl etdi

11 Fevral 20:20 Bizimkilər 431
Səhər yeni klubu ilə müqavilə bağladı, axşam dubl etdi

Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyə 1-ci Liqasında növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, həmyerlimizin çıxış etdiyi "Çorum" 24-cü tur çərçivəsində öz meydanlarında "Yeni Malatyaspor"u qəbul edib.

Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeni klubunda debüt oyununa çıxan Çoşqun görüşə start heyətdə başlayıb. O, bu matçda iki qol vurub və komandasına qələbə qazandırıb.

"Çorum" turnir cədvəlində 38 xalla 4-cü yerdədir. "Yeni Malatyaspor" isə -21 xalla sonuncu yerdədir.

"Çorum" - "Yeni Malatyaspor" 2:0
Qollar:
Çoşqun Diniyev, 13, 49

Digər Xəbərlər
Xəbər Lenti
11 Fevral 19:50 Çək və bizə göndər!