![Azərbaycan millisinin müdafiəçisi oyuna daxil oldu, "Eqnatiya" qalib gəldi](https://www.sportinfo.az/media/2025/02/11/zamiqalieveqnatia1739171870.jpg)
Albaniyada ölkə çempionatının 24-cü turunun bir sıra oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" səfərdə "Elbasani" ilə qarşılaşıb.
Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Əliyev ikinci hissədə meydana daxil olub.
Hazırda "Eqnatiya" 45 xalla liderliyini davam etdirir.