İki futbolçumuzdan birinə də şans tanımadılar - VİDEO

03:20 Bizimkilər 534
İki futbolçumuzdan birinə də şans tanımadılar - VİDEO

"Ankaragücü" Türkiyə 1-ci liqası çərçivəsində səfərdə "İstanbulspor"a 0:1 hesabı ilə məğlub olub.

İdman.biz xəbər verir ki, qonaqların və Azərbaycan U-19 millisinin yarımmüdafiəçisi Həsən Nəzərli ehtiyat oyunçular skamyasında qalıb.

"Ankaragücü"nün digər azərbaycanlı futbolçusu Renat Dadaşov isə bu oyun ərəfəsində heyətdən uzaqlaşdırılıb. Belə ki, onun bu mövsüm 17 oyunda 2 qol və 1 məhsuldar ötürməyə imza atması klub rəhbərliyini qane etmir.

Digər Xəbərlər
Xəbər Lenti