Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" Almaniya Bundesliqasında növbəti oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, komanda 21-ci turda "Maqdeburq"un qonağı olub.
Ehtiyatda qalan Mahir bu qarşılaşmada baş məşqçi Miroslav Klozenin etimadını qazanmayıb.
Emrelisiz "Nürnberq" liderlər qrupunda yer alan rəqiblə səfər matçında çətin qələbə əldə edib. Oyun 4:3 hesabı ilə yekunlaşıb. Qonaqlar həlledici qolu 90+4-cü dəqiqədə vurublar.
"Nürnberq" bu qələbədən sonra 31 xalla 9-cu pillədə yer alıb. Mahirin komandası növbəti oyununu fevralında 16-da öz meydanında "Ulm"a qarşı keçirəcək.