COP29

Cənubi Azərbaycan klubu 1 qolla zirvəyə qayıtdı

03:00 Bizimkilər 70
Cənubi Azərbaycan klubu 1 qolla zirvəyə qayıtdı

"Traktor" klubu İran çempionatında növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi 19-cu turda səfərdə "Zob Ahan"la qarşılaşıb.

Oyun "Traktor"un 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın taleyini həll edən yeganə qolu 90-cı dəqiqədə Domaqoy Drozdek vurub.

Bu nəticədən sonra xallarını 41-ə çatdıran "Traktor" yenidən liderliyə yüksəlib. İkinci pillədə olan və bir oyun az keçirən "Sepahan"ın 39 xalı var.

Komanda sabah səfərdə “Malavan”la qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti