COP29

Azərbaycan millisinin hücumçusu komandadan kənarlaşdırıldı

00:40 Bizimkilər 163
Azərbaycan millisinin hücumçusu komandadan kənarlaşdırıldı

"Ankaragücü"nün azərbaycanlı hücumçusu Renat Dadaşov komandanın əsas heyətindən çıxarılıb.

Sportinfo.az xəbər verir ki, klub onun haqda belə qərar versə də, səbəbləri açıqlanmır.

Türkiyə mətbuatının məlumatına görə, Azərbaycan millisinin hücumçusu “Ankaragücü”nün “Tandoğan” adlanan bazasında məşqçilərdən birinin rəhbərliyi altında komandadan ayrı məşq edir.

Dadaşovun “Ankaragücü” ilə müqavilə müddəti 2026/2027 mövsümünün sonuna kimidir.

Digər Xəbərlər
Xəbər Lenti
5 Fevral 19:30 Çək və bizə göndər!
5 Fevral 04:00 Qazanan "Naxçıvan"dır
5 Fevral 03:00 Bunu da Tovuzda etdilər