Almaniya 2-ci Bundesliqasında 20-ci turun görüşləri keçirilib.
Sportindo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" doğma meydanda "Darmştadt"ı qəbul edib.
Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Mahir Emreli bu matçın iştirakçısı olub.
27 yaşlı forvard oyuna start heyətində başlayıb və 90+3-cü dəqiqədə əvəzlənib. O, 90-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
20 turdan sonra aktivsində 28 xal olan "Nürnberq" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.