COP29

Azərbaycan klubları ən “böyük” rəqəmə İMZA ATDI

01:10 Bizimkilər 113
Azərbaycan klubları ən “böyük” rəqəmə İMZA ATDI

Azərbaycan klubları avrokuboklarda antirekordu təkrarlayıb.

Sportinfo.az xəbər verir ki, komandalarımız mövsüm ərzində 16 məğlubiyyət alıb.

Bu tarixin ən “böyük” rəqəmidir. Yalnız 2016/17 mövsümündə bu qədər yenilgi yaşanıb.

Amma həmin vaxt daha çox – 34 oyun baş tutub. Bu dəfə isə cəmi 28 görüşdə 16 məğlubiyyət. Oyunların yarıdan çoxu üzüntü ilə bitib.

“Qarabağ” hamıdan çox – 10 dəfə azarkeşlərini məyus edib. Təbii ki, Ağdam klubu həm də daha çox – 14 matç keçirib. “Sabah”ın üç, “Zirə”nin iki, “Sumqayıt”ın bir məğlubiyyəti olub.

28 oyunda 9 qələbə və 3 heç-heçə də qeydə alınıb.

Digər Xəbərlər
Xəbər Lenti