Almaniya 2-ci bundesliqasında 20-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin klubu “Nürnberq” bu gün öz meydanında “Darmştad”ı qəbul edib.
Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Meydana start heyətində çıxan Emreli 90+3-cü dəqiqədə Yanni Serra ilə əvəzlənib. Millimizin hücumçusu 90-cı dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Beləliklə, 20 oyundan 28 xalı olan “Nürnberq” 10-cu, 25 xala malik “Darmştad” isə 11-ci yerdədir.
“Nürnberq” - “Darmştad” 1:0
Qol: Tim Draksler, 85