Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyə 1-ci Liqasında növbəti oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, həmyerlimizin çıxış etdiyi "Bandırmaspor" 22-ci tur çərçivəsində səfərdə "Çorum"un qonağı olub.
Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi yekunlaşıb.
Görüşə start heyətdə başlayan Coşqun sona qədər meydanda olub.
Ardıcıl üçüncü matçında uduzan "Bandırmaspor" turnir cədvəlində mövqeyini bir qədər də pisləşdirib.
Coşqunun komandası hazırda 34 xalla 5-ci pillədə qərarlaşıb. “Çorum” isə xallarının sayını 35-ə çatdırmaqla 4-cü yerə yüksəlib.