Albaniya çempionatında 23-cü turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geydiyi “Eqnatia” öz meydanında “Bylis”i qəbul edib.
Matç həmyerlimizin komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşə ehtiyat oyunçular skamyasından başlayan Zamiq Əliyev 90-cı dəqiqədə Redi Kasanın əvəzinə meydana çıxıb.
Qələbə sayəsində xallarının sayını 42-ə çatdıran “Eqnatia” turnir cədvəlində liderdir. Komanda ən yaxın izləyicisi “Vilaznia”nı 2 xal qabaqlayır.