COP29

Azərbaycanlı hücumçudan niyə narazıdırlar? - Türkiyə klubunda

01:50 Bizimkilər 294
Azərbaycanlı hücumçudan niyə narazıdırlar? - Türkiyə klubunda

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun “Ankaragücü”dəki çıxışı rəhbərlik və azarkeşlərin ürəyincə deyil.

Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı forvard artıq komandadakı mövqeyini itirmək üzrədir.

Paytaxt təmsilçisinin I Liqanın 20-ci turunda “Şanlıurfa”nı 1:0 hesabı ilə məğlub etdiyi səfər qarşılaşmasında Dadaşov ikinci hissədə meydanda olub.

Lakin onun performansı narazılığa yol açıb.

“Ankaragücü” məhz fasilədən sonra vurduğu yeganə qol sayəsində qalib gəlsə də, Dadaşovun hücum xəttində komandaya heç bir xeyir vermədiyi vurğulanıb. Bu da onun klubdakı gələcəyini şübhə altına atır.

Renat Dadaşovun “Ankaragücü” ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Yanvar 22:55 Saymazyanalığın axırı