“Çernomorets”in baş məşqçisi Aleksandr Babiç komandaya yeni gələnlər haqda danışarkən, keçidi açıqlanan Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayevi də unutmayıb.
Sportinfo.az xəbər verir ki, “UA-Футбол” portalına danışan Odessa təmsilçisinin çalışdırıcısı Emillə bağlı bunları deyib:
"Çempionatın yaz hissəsində ümid etdiyimiz iki yeni oyunçunu - Emil Mustafayev və Denis Bezborodkonu gözlədik. Onlar səhər-səhər Sideyə çatdılar.
Biz çox istəyirik ki, komandaya dəvət etdiyimiz bütün oyunçular Türkiyədəki təlim-məşq toplanışında mümkün qədər çox vaxt keçirsinlər ki, hər bir oyunçunu fərdi olaraq ümumi qrupa daxil etmək məcburiyyətində qalmayaq. Mustafayevə də ümidimiz böyükdür".
Emil Mustafayev “Çernomorets”in heyətində mövsümün sonuna kimi icarə əsasında çıxış edəcək. Müqaviləyə əsasən, o, Ukraynanın “Polessye” klubuna məxsusdur.