Azərbaycan millisinin üzvü Emil Mustafayevin "Polessye"dən "Çernomorets"ə icarəyə yollanması haqda xəbər vermişdik.
Yarımmüdafiəçinin "Çernomorets"ə keçəcəyi haqda xəbər çıxdığı vaxtda bunu təkzib etmişdi.
Sportinfo.az xəbər verir ki, sportal.az-a açıqlama verən Mustafayev Odessa klubunun onunla maraqlanmasından xəbərdar deyilmiş.
O, mövsümün sonuna qədər “Çernomorets”də oynayacağını bildirib:
"Düzünü desəm, "Çernomorets" məsələsindən xəbərsiz idim. Odessa klubu mənim üçün "Polessye" ilə danışıq aparırmış.
Onların məni istədiyini bilmirdim. Sadəcə, bundan məlumatlı deyildim.
"Çernomorets"lə razılıq əldə edildi. Mövsümün sonuna qədər bu komandada oynayacam.
Bu komandaya kömək olmağa çalışacam. Harada oynamağımdan asılı olmayaraq, daim ən yaxşısını edəcəm".
Emilin "Polessye" ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.