Türkiyə 1-ci Liqasında 20-ci turun görüşləri keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" səfərdə "Erzurumspor"un qonağı olub.
Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Coşqun Diniyev də bu oyunun iştirakçısı olub. 29 yaşlı yarımmüdafiəçi matçın 78-ci dəqiqəsində meydana daxil olub.
20 turdan sonra aktivində 34 xal olan "Bandırmaspor" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.