COP29

Mahir “sarı” aldı, əvəzləndi, “Nürnberq” sonda qalib gəldi

01:00 Bizimkilər 130
Mahir “sarı” aldı, əvəzləndi, “Nürnberq” sonda qalib gəldi

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” Almaniya 2-ci Bundesliqasında növbəti oyuna çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda 18-ci turda öz meydanında “Karlsrue” ilə qarşılaşıb.

Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib. "Nürnberq"dən Tsimas (37) və Flik (90+1), "Karslue"dən isə Shleusener (40) fərqlənib.

M.Emreli matça əsas heyətdə çıxıb. O, 45+2-ci dəqiqədə sarı vərəqə alıb. O, 71-ci dəqiqədə isə Şleymerlə əvəzlənib.

"Nürnberq” 18 turdan sonra 25 xalla 11-ci pillədə qərarlaşıb. “Karlsrue” isə 29 xalla 6-cıdır.

Digər Xəbərlər
Xəbər Lenti