Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” Almaniya 2-ci Bundesliqasında növbəti oyuna çıxacaq.
Sportinfo.az xəbər verir ki,komanda bu gün 18-ci turda öz meydanında “Karlsrue” ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.
“Nürnberq” 18 turdan sonra 22 xalla 11-ci pillədə qərarlaşıb. “Karlsrue” isə 29 xalla 5-cidir.
M.Emreli bu mövsüm “Nürnberq”in heyətində bütün turnirlərdə 13 oyunda meydan çıxıb, 4 qol vurub və 1 qolun ötürməsini edib. O, son 6 matçda fərqlənə bilməyib.