Azərbaycan millisinin vingeri Ozan Can Kökçünün çıxış etdiyi HİK Finlandiya Liqa kubokunda ikinci oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, komanda səfərdə “İnter Turku” ilə qarşılaşıb.
Oyun Kökçünün komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Start heyətdə meydana çıxan Ozan Can ilk hissədən sonra David Ezehlə əvəzlənib.
Liqa kubokunda ilk qələbəsini qazanan HİK hazırda 3 xalla turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.